Ev Hərbi Xəbərlərİran Küveytə raket zərbəsi endirdi? – Rəsmi açıqlama gəldi

İran Küveytə raket zərbəsi endirdi? – Rəsmi açıqlama gəldi

by Baş Redaktor
83 Baxış

İranın Küveyt istiqamətində raketlər buraxdığı bildirilir. Küveyt isə hava hücumundan müdafiə sistemlərinin raketləri zərərsizləşdirdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, Küveyt hakimiyyəti ölkənin hava məkanında “düşmən hava hədəflərinə qarşı əks-hücum” rejiminin tətbiq edildiyini bəyan edib.

Küveyt Silahlı Qüvvələrinin açıqlamasında qeyd olunub ki, hava hücumundan müdafiə bölmələri ölkənin hava məkanına daxil olan düşmən hədəflərini uğurla dəf edir.

banner

Eyni zamanda, İranın Fars xəbər agentliyi Hörmüz boğazındakı Qeşm adasında partlayışların baş verdiyini bildirib.

Əlaqəli Yazılar Xüsusi