Ev Hərbi XəbərlərNetanyahu: “İran rejimi tarixinin ən zəif dövrünü yaşayır”

Netanyahu: “İran rejimi tarixinin ən zəif dövrünü yaşayır”

by Baş Redaktor
130 Baxış

İsrail Baş naziri Benyamin Netanyahu İranın ölkəsinin mövcudluğuna təhlükə yaratmasına imkan verməyəcəklərini bildirib.

Army.az xəbər verir ki, Netanyahu Tehrandakı hakimiyyətin hazırda əvvəlki dövrlərlə müqayisədə daha zəif vəziyyətdə olduğunu iddia edib.

Onun sözlərinə görə, İran hakimiyyəti öz mövcudluğunu qorumaq uğrunda mübarizə aparır və nəticədə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

İsrail hökumətinin başçısı ölkəsinin müharibə zamanı İranın ballistik raket imkanlarına və nüvə obyektlərinə ciddi zərbələr endirdiyini də vurğulayıb:

banner

“İsrail öz təhlükəsizliyi üçün ciddi təhdid hesab etdiyi məsələnin həllini gələcək nəsillərin öhdəsinə buraxa bilməz. Bu problemin gələcəyə saxlanılması İsrailin sonrakı nəsilləri üçün də ciddi təhlükə yarada bilər”.

Əlaqəli Yazılar Xüsusi