Ev Hərbi XəbərlərSəudiyyə Ərəbistanının vəliəhdindən kritik müdaxilə: Trampın qərarı dəyişib

Səudiyyə Ərəbistanının vəliəhdindən kritik müdaxilə: Trampın qərarı dəyişib

by Baş Redaktor
12 Baxış

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı İrana qarşı son hərbi eskalasiya təhdidlərini həyata keçirməməyə razı salıb.

Army.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Ağ Ev və Pentaqon İranın bu dəfə danışıqlara razılaşmasına nə səbəb olduğu barədə demək olar ki, heç bir yeni məlumat açıqlamayıb. Qəzet qeyd edir ki, bu vəziyyət qanunvericilər, strateqlər və Yaxın Şərq üzrə ekspertlər arasında Trampın münaqişəni düşünülmüş şəkildə başa çatdırmağa çalışdığı, yoxsa sadəcə əlverişsiz variantlar arasında seçim etdiyi barədə suallar yaradıb.

Corctaun Universitetinin Müasir Ərəb Araşdırmaları Mərkəzinin elmi əməkdaşı Xalid Əlqindi bildirib ki, ABŞ prezidenti “görünür, son danışdığı şəxsin təsiri altında qərar verir. Bu şəxs Məhəmməd bin Salman idi, ondan əvvəl isə İsrailin Baş naziri Benyamin Netanyahu”.

banner

Keçmiş yüksəkvəzifəli ABŞ rəsmisinin və adlarının açıqlanmasını istəməyən digər mənbələrin sözlərinə görə, Əlqindinin nəzərdə tutduğu şəxs Səudiyyə Ərəbistanının faktiki rəhbəri olan vəliəhd Məhəmməd bin Salmandır. Bildirilir ki, o, həftəsonu Donald Trampla telefon danışığı apararaq onu İrana qarşı son hərbi eskalasiya təhdidlərini reallaşdırmamağa inandırıb.

Əlaqəli Yazılar Xüsusi