Ev Hərbi XəbərlərNetanyahu: İsrail Suriyada Türkiyənin hərbi mövcudluğunu qəbul etməyəcək

Netanyahu: İsrail Suriyada Türkiyənin hərbi mövcudluğunu qəbul etməyəcək

by Baş Redaktor
56 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Türkiyənin hərbi mövcudluğunun İsrail üçün təhlükə yaratmasına yol verməyəcəklərini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Netanyahu bildirib ki, Ankara tərəfinə İsrailin mövqeyi ilə bağlı açıq mesaj çatdırılıb.

Baş nazirin sözlərinə görə, İsrail Suriyada Türkiyənin hərbi qüvvələrinin yerləşdirilməsinə və bu mövcudluğun ölkəsi üçün təhlükə mənbəyinə çevrilməsinə qarşıdır.

banner

Netanyahu qeyd edib ki, bu məsələ ilə bağlı Türkiyəyə İsrailin mövqeyi aydın şəkildə bildirilib.

Əlaqəli Yazılar Xüsusi