Ev Hərbi XəbərlərƏraqçi Trampın “sarsıdıcı” əməliyyatına cavab verdi: “Düşmənçiliyi artırırsınız”

Əraqçi Trampın “sarsıdıcı” əməliyyatına cavab verdi: “Düşmənçiliyi artırırsınız”

by Baş Redaktor
54 Baxış

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı elan etdiyi “sarsıdıcı” iqtisadi əməliyyatın əslində Vaşinqtonun diqqəti ABŞ-dakı daxili böhrandan yayındırmaq cəhdi olduğunu bildirib.

Army.az xəbər evrir ki, bu barədə Əraqçi “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ-ın elan etdiyi iqtisadi əməliyyat ölkənin rekord həddə çatan borcu və faiz xərclərinin sürətlə artması kimi problemlərindən diqqəti yayındırmaq məqsədi daşıyır.

İranın xarici işlər naziri ABŞ administrasiyasının uğursuz siyasətinin davam etdirilməsinin Vaşinqtona yeni məğlubiyyətlər gətirəcəyini və İran cəmiyyətində ABŞ-a qarşı düşmənçiliyi daha da artıracağını vurğulayıb.

banner

Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-ın İrana qarşı yeni iqtisadi əməliyyata başladığını açıqlayıb. ABŞ lideri bunu “indiyədək hər hansı ölkəyə qarşı həyata keçirilmiş ən sarsıdıcı iqtisadi əməliyyat” adlandırıb.

Əlaqəli Yazılar Xüsusi