ABŞ İrana qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyi ehtimalını nəzərə alaraq Yaxın Şərqdə hərbi hazırlığını gücləndirir. Bu çərçivədə İsrailə əlavə “Patriot” hava hücumundan müdafiə sisteminin göndərilməsi qərara alınıb.
Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Pentaqon sistemin Texas ştatından İsrailə yerləşdirilməsini planlaşdırır. Məqsəd İsrailin raket hücumlarına qarşı müdafiə imkanlarını artırmaqdır.
Bununla yanaşı, gələn ay ABŞ Hərbi Dəniz Qüvvələrinin daha bir aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə göndərilməsi gözlənilir. Həmin qrupun regionda yerləşən təxminən 20 Amerika hərbi gəmisinə qoşulacağı bildirilir.
Nəşrin mənbələrinə görə, bu addımlar ABŞ Prezidenti Donald Trampın İranla hərbi qarşıdurmanın yenidən başlaması ehtimalına qarşı müxtəlif əməliyyat variantlarına sahib olmasını təmin etməyə yönəlib.
