Almaniya Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Rusiya ilə mümkün hərbi qarşıdurma ehtimalını nəzərə alaraq təlimlər keçir.
Army.az xəbər verir ki, bu barədə briqada komandiri Andreas Küney məlumat verib.
O bildirib ki, hazırlıq prosesi konkret olaraq Rusiya ilə mümkün münaqişə ssenarisinə uyğun qurulub.
Komandirin sözlərinə əsasən, hərbçilər uzunmüddətli əməliyyatlar zamanı fəaliyyət göstərmək üçün hazırlanırlar. Təlim proqramına tank və artilleriya sistemlərinə, pilotsuz uçuş aparatlarına, eləcə də radioelektron mübarizə vasitələrinə qarşı mübarizə üsulları daxildir. Şəxsi heyətə ekstremal soyuq şəraitdə əməliyyat aparmaq bacarıqları da aşılanır.
“Bild” nəşrinin məlumatına görə, bölmədə ümumilikdə təxminən 1500 nəfər xidmət edir. Onların üçdə biri xüsusi təyinatlılardan, digər hissəsi isə inzibati və dəstək heyətindən ibarətdir. Bölmənin hazırkı şəxsi heyət komplektliyi 70–80 faiz təşkil edir.
