Ev Hərbi Xəbərlərİranın gizli “peyk zərbəsi”: ABŞ bazaları necə hədəfə alındı?

İranın gizli “peyk zərbəsi”: ABŞ bazaları necə hədəfə alındı?

by Baş Redaktor
50 Baxış

İran Çin şirkətindən alınmış casus peykdən ABŞ hərbi obyektlərinə zərbələrin yönləndirilməsi üçün istifadə edib.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin araşdırma aparıb.

Məlumata əsasən, İran “Earth Eye Co” adlı Çin şirkətindən TEE-01B modelli, 0,5 metr ayırdetmə qabiliyyətinə malik peyk əldə edib. Bu peyk 2026-cı ilin martında Yaxın Şərqdə ABŞ hərbi bazalarına yönələn hücumların koordinasiyasında istifadə olunub.

Peykin 2024-cü ilin iyununda Çin kosmodromu Ciuçüan (Jiuquan) vasitəsilə orbitə buraxıldığı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri tərəfindən, “Emposat” adlı Çin şirkəti vasitəsilə idarə edildiyi bildirilir.

banner

Araşdırmaya görə, sistem Səudiyyə Ərəbistanı, İordaniya və Küveytdə yerləşən ABŞ hava bazalarını, eləcə də Bəhreyndəki ABŞ Beşinci Donanmasının obyektlərini izləyib. Sövdələşmənin dəyərinin 36,6 milyon dollar olduğu qeyd olunur. Çin şirkətləri isə məsələ ilə bağlı “Financial Times”ın sorğularına cavab verməyib.

Əlaqəli Yazılar Xüsusi