Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı dünyanın ən yaxşı döyüş təyyarəsi hesab etdiyi modeli açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O bildirib ki, bu ada layiq gördüyü təyyarə Rusiyanın beşinci nəsil qırıcısı olan Sukhoi Su-57-dir. Putin qeyd edib ki, vaxtilə Moskva bu təyyarənin hazırlanması istiqamətində Hindistanla birgə əməkdaşlıq etməyi təklif etmişdi.
Rusiya liderinin sözlərinə görə, Su-57 hazırda mövcud olan ən müasir və ən güclü qırıcı təyyarələrdən biridir və dünya üzrə analoqları arasında ön sıralarda yer alır.
