Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə mütəmadi əlaqə saxladıqlarını açıqlayıb.
Army.az xəbər verir ki, Simonyan bu barədə parlamentdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O, Hikmət Hacıyevlə telefon əlaqəsinin müntəzəm xarakter daşıdığını bildirib:
“Bəli, Hikmət Hacıyevlə danışmışam. Onun mənim telefon nömrəm var, mənim də onun nömrəsi var. Biz iki gündən bir danışırıq”.
