Almaniya Ukraynaya göstərilən hərbi yardım çərçivəsində əvvəlki zirehli təxliyə maşınlarının yerini bərpa etmək məqsədilə “Rheinmetall” şirkətinə 23 ədəd “Bergepanzer 3” zirehli təxliyə maşını sifariş verib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, sözügedən sifarişin ümumi dəyəri yüz milyonlarla avro həcmində qiymətləndirilir.
Qeyd olunur ki, Almaniya bundan əvvəl Ukraynaya 21 ədəd “Bergepanzer 2” və 2 ədəd “Bergepanzer 3” texnikası göndərmişdi. Yeni müqavilə həmin boşluğun doldurulması ilə yanaşı, Almaniya Silahlı Qüvvələrinin zirehli bölmələrinin dəstək imkanlarının gücləndirilməsini də hədəfləyir.
