Ev Hərbi TexnologiyaYunanıstan sifariş verdi, Hindistan növbədədir: 450 təyyarə niyə hazırlanır?

Yunanıstan sifariş verdi, Hindistan növbədədir: 450 təyyarə niyə hazırlanır?

by Baş Redaktor
19 Baxış

Braziliyanın aerokosmik şirkəti “Embraer ” onilliyin sonunadək KC-390 “Millennium” hərbi nəqliyyat təyyarələrinin istehsalını demək olar ki, iki dəfə artırmağı planlaşdırır.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, “Embraer” 2026-cı ildə altı KC-390 təyyarəsi istehsal etməyi nəzərdə tutur. Şirkət onilliyin sonuna qədər illik istehsalı 10 təyyarəyə çatdırmağı hədəfləyir.

Son dövrlərdə KC-390 bir sıra beynəlxalq tenderlərdə uğur qazanıb. Təyyarə ötən il İsveçdə, bu ilin mayında isə BƏƏ-də keçirilən müsabiqələrdə qalib gəlib.

banner

Şirkətin hesablamalarına görə, növbəti 20 il ərzində KC-390 üçün potensial bazarın həcmi 450 təyyarəyə çata bilər.

Əlaqəli Yazılar Xüsusi