Hörmüz boğazında gəmilərin hərəkəti hələ də bərpa olunmayıb və dəniz nəqliyyatı üçün keçid bağlı qalır.
Army.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dəniz qüvvələri bu strateji marşrutdan keçidə icazə vermir və gəmilərin hərəkəti məhdudlaşdırılıb.
Agentliyin məlumatına əsasən, bu qərar İsrailin hərbi fəaliyyətləri və ABŞ-ın atəşkəs öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndirilir və Hörmüz boğazının şənbə günündən etibarən bağlandığı iddia olunur.
