Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksander Lukaşenkoya təzyiq göstərərək Belarusun Ukraynaya qarşı hərbi eskalasiyada daha aktiv rol almasını tələb edir.
Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Məlumata görə, Kreml Minskə bir sıra tələblər irəli sürüb. Onların arasında Belarus ərazisinin Ukrayna istiqamətində zərbə endirmək üçün, o cümlədən “Şahed” tipli dron hücumlarında istifadə edilməsi də var.
Bundan başqa, iddialara əsasən, Rusiya cəbhə xəttinin qərb istiqamətində genişləndirilməsini və Ukrayna qüvvələrinin şərqdəki əsas istiqamətlərdən yayındırılmasını da gündəmdə saxlayır.
WSJ həmçinin bildirir ki, Kremlin planlarında Belarusun NATO-ya üzv ölkələrə qarşı mümkün əməliyyatlara cəlb olunması kimi daha genişmiqyaslı ssenarilər də yer alır.
