“Dünyada geosiyasi, geoiqtisadi, texnoloji və sosial dəyişikliklər baş verir”.
Army.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Dar bir qrup ölkənin maraqlarına xidmət edən birqütblü sistem keçmişdə qalır. Güc balansı Qlobal Cənub və Şərqdəki yeni inkişaf mərkəzlərinin xeyrinə dəyişir”, – Putin deyib.
Rusiya lideri əlavə edib ki, çoxqütblü dünya nizamının formalaşdığı şəraitdə çoxtərəfliliyin gücləndirilməsi, daha çox ölkənin qlobal idarəetməyə cəlb edilməsi, beynəlxalq sülh və sabitliyin təmin olunması vacibdir.
