21
Ukrayna “F-16” qırıcılarının pilot hazırlığını gücləndirmək üçün ilk mobil simulyatorları əldə edib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu trenajorlar mövcud stasionar sistemlərə əlavə olaraq təqdim olunub və xüsusi olaraq Ukraynanın tələblərinə uyğun hazırlanıb. Simulyatorların hazırlanmasında ölkənin coğrafi xüsusiyyətləri də nəzərə alınıb.