Ev Hərbi XəbərlərErmənistan ordusunda hazırlıq başladı – Papikyan göstəriş verdi

Ermənistan ordusunda hazırlıq başladı – Papikyan göstəriş verdi

by Baş Redaktor
47 Baxış

Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan bir sıra hərbi hissə və təlim mərkəzlərinə baş çəkib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Səfərlər zamanı nazir bölmələrdə təlimlərin necə təşkil olunduğu ilə tanış olub, görülən işlərin gedişatını nəzərdən keçirib və hərbi qulluqçuların xidmət şəraiti barədə məlumat alıb. Papikyan, həmçinin kazarmaların və digər infrastruktur obyektlərinin tikintisi ilə bağlı işlərin vəziyyətini qiymətləndirib.

Müdafiə naziri pilotsuz uçuş aparatları və rabitə bölmələri üzrə ixtisaslaşmış təlim mərkəzlərində də olub. Burada şəxsi heyətin hazırlıq səviyyəsi, eləcə də xidmətin daha effektiv təşkili istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib.

banner

Səfərlərin yekununda Papikyan aidiyyəti qurumların rəhbərlərinə təlimlərin fasiləsiz davam etdirilməsi, hərbi infrastrukturun inkişafının sürətləndirilməsi və hərbçilərin xidmət şəraitinin mərhələli şəkildə yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Əlaqəli Yazılar Xüsusi