Ev Hərbi XəbərlərNATO səmasında insident: İtaliya qırıcısı Latviyaya daxil olan PUA-nı vurdu

NATO səmasında insident: İtaliya qırıcısı Latviyaya daxil olan PUA-nı vurdu

by Baş Redaktor
70 Baxış

Latviyanın hava məkanını pozan və Ukraynaya məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatı İtaliya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı tərəfindən vurulub.

Army.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Baiba Braje məlumat verib.

Nazirin sözlərinə görə, insident avqustun 14-nə keçən gecə baş verib. Hava məkanına daxil olan PUA-nın böyük ehtimalla Ukraynaya aid olduğu müəyyənləşdirilib.

Həmin vaxt NATO-nun Baltikyanı hava patrulu missiyası çərçivəsində bölgədə uçuş həyata keçirən İtaliya qırıcısı hadisəyə müdaxilə edərək pilotsuz aparatı vurub.

banner

Əlaqəli Yazılar Xüsusi