Ev Hərbi XəbərlərPezeşkian: “Müharibə problemlərin həlli üçün həmişə doğru yol deyil”

Pezeşkian: “Müharibə problemlərin həlli üçün həmişə doğru yol deyil”

by Baş Redaktor
11 Baxış

İran Prezidenti Məsud Pezeşkian ölkəsindəki mövcud vəziyyətin müharibə deyil, düşünülmüş qərarlar və düzgün strategiya ilə həll edilə biləcəyini bildirib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Onun sözlərinə görə, İran xalqı lazım gəldikdə mübarizə aparmağa və geri çəkilməməyə hazır olduğunu nümayiş etdirib. Lakin dövlət başçısı problemlərin həlli üçün hər zaman hərbi yola üstünlük verilməsinin doğru olmadığını vurğulayıb.

Pezeşkian “Əllə açmaq mümkün olan düyünü dişlə açmaq olmaz” ifadəsi ilə məsələlərin daha rasional və diplomatik üsullarla həll edilməsinin vacibliyinə diqqət çəkib.

banner

İran lideri ABŞ ilə əldə olunan anlaşma memorandumunu “İslam Respublikasının fəxri sənədi” kimi qiymətləndirib. O, Vaşinqtona etimadsızlıq olsa belə, sülh imkanlarından imtina edilməməli olduğunu deyib.

Əlaqəli Yazılar Xüsusi