Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ABŞ Prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsinə Xarkovdakı elektrik stansiyasına məqsədli zərbə ilə cavab verdiyini bildirib.
Army.az xəbər verir ki, Zelenski müharibənin yalnız Trampın sosial şəbəkəsində deyil, real həyatda dayandırılmasının vacib olduğunu vurğulayıb.
Ukrayna lideri ötən gecə Rusiyada heç bir neft emalı zavodunda yanğın baş vermədiyini də qeyd edib. O, bunun Kiyevin Trampın elan etdiyi enerji atəşkəsinə əməl etdiyini göstərdiyini bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya isə hər gün Ukraynanın enerji obyektlərinə və digər infrastruktura hücum edir, qış mövsümündən silah kimi istifadə etməyə çalışır.
Prezident əlavə edib ki, Ukrayna bu cür hücumlara cavab verməkdə davam edəcək.
