Ev DünyaPeskovdan enerji atəşkəsi ilə bağlı açıqlama: “Təmaslar davam edir”

Peskovdan enerji atəşkəsi ilə bağlı açıqlama: “Təmaslar davam edir”

by Baş Redaktor
130 Baxış

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə Rusiya arasında enerji atəşkəsi barədə razılıq əldə olunduğuna dair açıqlamasını şərh edib.

Army.az xəbər verir ki, Peskov məsələ ilə bağlı “təmaslar davam edir” deməklə kifayətlənib.

Bununla yanaşı, Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs elan edilməsi təşəbbüsünü rədd edib.

Peskov bildirib ki, Moskva atəşkəs deyil, uzunmüddətli sülh istəyir.

banner

Əlaqəli Yazılar Xüsusi