Ev DünyaNATO-da təhlükə siqnalı: ABŞ əsas qüvvələri ayırmaqdan imtina etdi

NATO-da təhlükə siqnalı: ABŞ əsas qüvvələri ayırmaqdan imtina etdi

by Baş Redaktor
26 Baxış

ABŞ-ın NATO qarşısında üzərinə götürdüyü bir sıra hərbi öhdəlikləri yenidən nəzərdən keçirməsi alyans daxilində ciddi müzakirələrə səbəb olub.

Army.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri məlumat yayıb.

Bildirilib ki, Vaşinqton bundan sonra alyansın istifadəsinə aviadaşıyıcı zərbə qrupu, strateji bombardmançı təyyarələrdən ibarət birlik və 50-dən çox döyüş təyyarəsi ayırmağı planlaşdırmır.

Qəzet yazır ki, bu qərar NATO üzvü olan bir çox dövlət üçün gözlənilməz olub və müttəfiqlər arasında narahatlıq yaradıb.

banner

Mənbələrin sözlərinə görə, ABŞ-ın mövqeyindəki bu dəyişiklik Vaşinqtonun gələcəkdə alyansın hərbi əməliyyatlarındakı roluna dair sualları daha da aktuallaşdırıb.

Ekspertlər hesab edirlər ki, sözügedən addım NATO daxilində yük bölgüsü və ABŞ-ın Avropanın təhlükəsizliyinə bağlılığı ətrafında yeni müzakirələrə yol aça bilər.

Əlaqəli Yazılar Xüsusi