Ev Hərbi Xəbərlərİtaliya müdafiə naziri: “Ukrayna artıq qalib gəlib”

İtaliya müdafiə naziri: “Ukrayna artıq qalib gəlib”

by Baş Redaktor
100 Baxış

İtaliyanın müdafiə naziri Guido Krosetto hesab edir ki, Rusiya ilkin hərbi məqsədlərinə nail ola bilmədiyi üçün Ukrayna artıq strateji qələbə qazanıb.

Army.az xəbər verir ki, nazir bu fikri çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, müharibənin ilk günlərində bir çox ekspert Rusiya ordusunun qısa müddətdə Kiyevi ələ keçirəcəyini proqnozlaşdırırdı.

“Dörd il əvvəl əksəriyyət Rusiyanın bir həftə ərzində Kiyevə çatacağını düşünürdü. Hətta ABŞ Volodimir Zelenskinin təxliyəsi üçün təyyarə hazırlamışdı. Amma bu gün vəziyyət tamamilə fərqlidir. Rusiya cəbhədə ilişib qalıb və hər ay on minlərlə hərbçisini itirir və ya yaralandığını görür”, – deyə Krosetto bildirib.

banner

Nazir vurğulayıb ki, Ukrayna təkcə dövlət müstəqilliyini qorumağı bacarmayıb, həm də müasir müharibə taktikasına təsir göstərib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının geniş tətbiqi artıq dünyanın bir çox ordusu üçün nümunəyə çevrilib.

“Ukrayna hələ də ayaqdadır, güclüdür və hər gün bu müharibəni Vladimir Putin üçün daha çətin edir. Mənim fikrimcə, Ukrayna artıq qalib gəlib”, – deyə İtaliyanın müdafiə naziri əlavə edib.

Əlaqəli Yazılar Xüsusi