Liviyada genişmiqyaslı silahlı qarşıdurmaların səngiməsinə baxmayaraq, ölkədə siyasi böhranın yenidən alovlanması riski hələ də qalır.
Army.az xəbər verir ki, bu barədə Liviyanın İrandakı səfiri Əli Cümə Həsən Fadil TASS agentliyinə müsahibəsində danışıb.
Fadil ölkədəki durumu tam başa çatmamış sabitlik dövrü kimi səciyyələndirib:
“Liviya əvvəlki illərdə yaşanan genişmiqyaslı müharibələr mərhələsini geridə qoysa da, siyasi və institusional problemlərin həlli istiqamətində hələ yekun nəticəyə nail olmayıb.
Genişmiqyaslı müharibənin olmaması ölkədə davamlı sülhün təmin edildiyi anlamına gəlmir”.
