20
Ermənistanda yerləşən 1 saylı hərbi hissədə hərbçinin ölümü faktı üzrə cinayət işi açılıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, iyulun 21-də baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qurum insidentin başvermə şəraiti və hərbçinin ölüm səbəbi barədə hələlik əlavə məlumat açıqlamayıb.
