Çin yaxın həftələrdə İrana yeni hava hücumundan müdafiə (HHM) sistemləri göndərməyə hazırlaşır.
Army.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilir ki, Pekinin yükləri üçüncü ölkələr vasitəsilə ötürərək onların əsl mənşəyini gizlətməyə çalışdığına dair əlamətlər var:
“Çin Tehrana daşına bilən zenit-raket kompleksləri (MANPADS) verməyə hazırlaşır.
Vaşinqtondakı Çin səfirliyinin nümayəndəsi isə bu məlumatlara cavab olaraq bildirib ki, Çin heç vaxt hər hansı münaqişə tərəfinə silah tədarük etməyib və yayılan məlumatlar yalandır”.
