ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı növbəti sərt açıqlama verib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O, Livan Prezidenti ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, İran sentrifuqalarını başqa yerə köçürsə belə, bunun ciddi əhəmiyyəti yoxdur.
Trampın sözlərinə görə, əsas məsələ nüvə materiallarıdır və ABŞ onların saxlanıldığı məkan barədə məlumata malikdir.
“Lazım gələrsə, həmin ərazini çox sürətli və güclü şəkildə hədəfə alacağıq. İranın bunun qarşısını almaq imkanı olmayacaq”, – deyə ABŞ prezidenti vurğulayıb.
