Ev Hərbi XəbərlərISW: cəbhədə dönüş nöqtəsi – irəliləyiş demək olar dayanıb

ISW: cəbhədə dönüş nöqtəsi – irəliləyiş demək olar dayanıb

by Baş Redaktor
22 Baxış

Rusiya Silahlı Qüvvələrinin hücumu zəifləyib və son bir ayda təxminən 116 kvadrat kilometr ərazi itirilib.

Army.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat verib.

Bildirilir ki, bu cür geriləmə sonuncu dəfə Ukrayna Silahlı Qüvvələrinin 2025-ci ildə həyata keçirdiyi “Kursk əməliyyatı”ndan sonra qeydə alınmışdı.

Hesabata əsasən, 2026-cı ildə irəliləyişin orta sürəti gündə cəmi 2,9 kvadrat kilometr təşkil edir. Müqayisə üçün, 2025-ci ildə bu göstərici 9,76 kvadrat kilometr olub.

banner

Analitiklər qeyd edir ki, hava və torpaq şəraiti dəyişdikdən sonra – xüsusilə may ayında torpaq quruduqdan sonra – Rusiya qüvvələri hücum əməliyyatlarını yenidən intensivləşdirə bilər.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment