Ev Hərbi Xəbərlərİran ABŞ-la danışıqlar barədə: “Növbəti addım şəraitdən asılı olacaq”

İran ABŞ-la danışıqlar barədə: “Növbəti addım şəraitdən asılı olacaq”

by Baş Redaktor
63 Baxış

İran Xarici İşlər Nazirliyi Tehranın ABŞ-la birbaşa danışıqlar aparmadığını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Nazirliyin sözçüsü İsmayıl Baqayi bildirib ki, tərəflər arasında mesaj mübadiləsi vasitəçilərin iştirakı ilə həyata keçirilir. Onun sözlərinə görə, danışıqlar prosesi İranın Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altındadır və müəyyən edilmiş göstərişlər əsasında davam etdirilir.

Baqayi növbəti mərhələdə hansı addımın atılacağının mövcud şəraitdən asılı olacağını qeyd edib.

banner

İran rəsmisi həmçinin xarici işlər naziri Abbas Əraqçinin və parlamentin spikeri Məhəmməd Bağır Qalibafın yaxın zamanda Pakistan səfərinə hazırlaşdığını bildirib.

Əlaqəli Yazılar Xüsusi