Ev Hərbi XəbərlərDünya silahlanır: qlobal hərbi xərclər rekord həddə çatdı

Dünya silahlanır: qlobal hərbi xərclər rekord həddə çatdı

by Baş Redaktor
13 Baxış

Stokholmda fəaliyyət göstərən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatı qlobal hərbi xərclərdə artımın davam etdiyini ortaya qoyub.

Army.az xəbər verir ki, araşdırmaya əsasən, 2025-ci ildə dünya üzrə müdafiə xərcləri əvvəlki illə müqayisədə 2,9 faiz yüksələrək 2 trilyon 887 milyard dollara çatıb.

Beləliklə, hərbi büdcələrdə artıq 11 ildir fasiləsiz artım müşahidə olunur.Hesabatda qeyd edilir ki, qlobal hərbi xərclərin böyük hissəsi ABŞ, Çin, Rusiya, Almaniya və Hindistanın payına düşür. Ümumi xərclərin 58 faizi məhz bu ölkələr tərəfindən həyata keçirilib.Rusiya-Ukrayna müharibəsinin davam etməsi Avropada təhlükəsizlik narahatlıqlarını daha da artırıb.

Nəticədə Avropa ölkələrinin müdafiə xərcləri 14 faiz yüksələrək 864 milyard dollara çatıb və tarixi rekord qeydə alınıb.Digər tərəfdən, NATO üzvlərinin ümumi hərbi xərclərinin 1 trilyon 581 milyard dollar olduğu, bunun isə dünyadakı ümumi müdafiə xərclərinin 55 faizini təşkil etdiyi vurğulanıb.

banner

Ekspertlər hesab edir ki, bu artım təkcə büdcə rəqəmləri ilə bağlı deyil, həm də beynəlxalq təhlükəsizlik sistemində dərin dəyişikliklərin göstəricisidir. Hərbi modernizasiya proqramları, regional münaqişələr, artan təhlükə qavrayışı və qlobal siyasi qeyri-müəyyənlik dövlətləri daha çox silahlanmağa sövq edir.

Mütəxəssislərə görə, beynəlxalq sistemin getdikcə daha qarşıdurmalı xarakter alması və uzunmüddətli böhran risklərinin artması ölkələrin təhlükəsizlik siyasətinə birbaşa təsir göstərir.

Əlaqəli Yazılar Xüsusi