Ev Hərbi XəbərlərYeni “Raven 5”: Britaniyadan Ukraynaya gücləndirilmiş zenit kompleksi verilir

Yeni “Raven 5”: Britaniyadan Ukraynaya gücləndirilmiş zenit kompleksi verilir

by Baş Redaktor
34 Baxış

Böyük Britaniya yeni “Raven 5” zenit-raket kompleksinin təqdimatını edib. Kompleks 4 ədəd ASRAAM raketi ilə təchiz olunub.

Army.az xəbər verir ki, sistem əvvəlki versiyada olduğu kimi “Moog Flexible Mission Platform” (FMP) çoxməqsədli platformasına inteqrasiya edilib və bu, silah sisteminə dairəvi tuşlanma imkanı verir.

Əvvəlki modellərdən fərqli olaraq, yeni kompleks sabit buraxılış qurğusu deyil və döyüş modulu 360 dərəcə fırlana bilir.

Analitiklərin qeyd etdiyinə görə, bu imkan raketlərin istənilən istiqamətə buraxılmasına şərait yaradır və bütün maşının çevrilməsinə ehtiyac qalmır. ASRAAM raketləri üçün bu yanaşma hədəflərin tutulmasında enerji səmərəliliyini artırır.

banner

Sabit buraxılış sistemlərində raket startdan sonra trayektoriyanı dəyişmək üçün əlavə enerji sərf edir. Bu xüsusilə yan və ya arxa istiqamətdən yaxınlaşan hədəflərin vurulması zamanı əhəmiyyətlidir.

Fırlanan platforma isə reaksiya müddətini azaldır və effektiv tutma məsafəsini artırır.

ASRAAM raketi Britaniyanın “hava-hava” tipli idarəolunan raketidir və artıq yerüstü buraxılış üçün uyğunlaşdırılıb.

Ukraynada artıq əvvəlki “Raven” sistemlərindən hava hədəflərinə qarşı istifadə olunur.

Yeni “Raven 5” versiyasının isə daha mobil və inkişaf etdirilmiş model kimi Ukraynanın hava müdafiəsini gücləndirə biləcəyi bildirilir. Yanvar ayında Böyük Britaniyanın Ukraynaya yeni “Raven” sistemləri göndərməyə hazırlaşdığı açıqlanmışdı, lakin hələlik bu partiyaya “Raven 5”in daxil olub-olmayacağı məlum deyil.

Əlaqəli Yazılar Xüsusi