Ukrayna Silahlı Qüvvələri Krıma pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərib. Rusiya Müdafiə Nazirliyi yarımada üzərində PUA-ların ələ keçirildiyini açıqlayıb.
Army.az xəbər verir ki, Nazirliyin məlumatına görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatları həmçinin Belqorod, Bryansk və Kursk vilayətləri, eləcə də Qara dənizin akvatoriyası üzərində məhv edilib.
Bildirilib ki, Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək ümumilikdə 32 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.