Ev DünyaZukerberqin yaxtası SOS çağırışını niyə cavabsız qoydu?

Zukerberqin yaxtası SOS çağırışını niyə cavabsız qoydu?

by Baş Redaktor
38 Baxış

ABŞ-ın Alyaska sahillərində, Mark Zukerberqə məxsus “Launchpad” superyaxtasının yaxınlığında yanacağı tükənən qayıq kömək siqnalı verib.

Army.az xəbər verir ki, bu barədə “Yahoo News” məlumat yayıb.

Nəşrin məlumatına görə, qayığın heyəti bir neçə dəfə yaxtanın kapitanı ilə əlaqə yaratmağa çalışsa da, müraciətlərinə cavab verilməyib.

Nəticədə köməyə “Wilderness Legacy” kruiz gəmisi gəlib. Sözügedən gəmi hadisə yerindən daha uzaqda yerləşməsinə baxmayaraq, istiqamətini dəyişərək kömək çağıran qayığa doğru hərəkət edib.

banner

Daha sonra Zukerberqin nümayəndəsi bildirib ki, yaxtanın heyəti ABŞ Sahil Mühafizəsinə müraciət edənədək qayıqa artıq yardım göstərilib.

Əlaqəli Yazılar Xüsusi