Ev DünyaMoskva-Berlin təmasları ilə bağlı açıqlama: “Rəsmi danışıqlar olmayıb”

Moskva-Berlin təmasları ilə bağlı açıqlama: “Rəsmi danışıqlar olmayıb”

by Baş Redaktor
51 Baxış

“Rusiya Ukrayna məsələsinin nizamlanması ilə bağlı Almaniya Federativ Respublikası ilə heç bir rəsmi danışıqlar aparmayıb”.

Army.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Ukrayna məsələsinin nizamlanması ilə bağlı Almaniya Federativ Respublikası ilə heç bir rəsmi əlaqə olmayıb və hazırda da yoxdur. Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikası və praktiki addımlarını nəzərə alsaq, yaxın gələcəkdə belə təmasların mümkün olacağı da ehtimal edilmir”, – Qaluzin deyib.

Bununla yanaşı, nazir müavini Rusiya və Almaniyanın müxtəlif ictimai qurumlarının nümayəndələri arasında qeyri-rəsmi təmasların davam etdiyini qeyd edib.

banner

“Rusiya və Almaniyanın müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlərə gəlincə, belə təmaslar olub və hazırda da davam edir”, – o bildirib.

Əlaqəli Yazılar Xüsusi