Ev DünyaƏrdoğan: “Ayasofyanı İslam dünyasına qaytarmaq şərəfinə nail olduq”

Ərdoğan: “Ayasofyanı İslam dünyasına qaytarmaq şərəfinə nail olduq”

by Baş Redaktor
21 Baxış

“Ayasofyanı yenidən ibadətə açmaq bizə nəsib oldu”.

Army.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscid kimi fəaliyyətə başlamasının 6-cı ildönümü ilə bağlı çıxışında deyib.

Ərdoğan bu qərardan məmnunluğunu ifadə edib: “Onu yenidən ibadətə açmaq bizə nəsib oldu. Buna görə çox xoşbəxtik”.

Türkiyə Prezidenti çıxışında mərhum şair və yazıçı Necip Fazıl Kısakürəki də yad edib. O bildirib ki, birgə iştirak etdikləri mitinqlər zamanı Kısakürək Ayasofyanı göstərərək “Ayasofya açılacaq, bir gün mütləq açılacaq” deyirdi.

banner

“Biz yalnız Ayasofyanı açmadıq, həm də onu İslam dünyasına qaytarmaq şərəfinə nail olduq. Ustadın o zaman ürəkdən dilə gətirdiyi arzunu, Allaha şükür, gerçəkləşdirdik”, – deyə Ərdoğan vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi