Ev Hərbi XəbərlərRusiya Ukraynaya yeni “S-71K Kover” raketi ilə hücum edir

Rusiya Ukraynaya yeni “S-71K Kover” raketi ilə hücum edir

by Baş Redaktor
39 Baxış

Rusiya “S-71K Kover” adlı yeni raketdən istifadə edir.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu raket Rusiya “Birləşmiş Aviasiya Korporasiyası” tərəfindən hazırlanıb və Su-57 qırıcı təyyarəsindən buraxılmaq üçün nəzərdə tutulub.

Raketin baş hissəsində 250 kq çəkili OFAB-250-270 tipli partlayıcı döyüş elementi yerləşdirilib. Konstruktsiyada üç yanacaq çəni istifadə olunub və bu da təxminən 300 km-ə qədər uçuş məsafəsi təmin edə bilir.

banner

İdarə bildirir ki, “S-71K Kover” ilk dəfə 2025-ci ilin sonlarında döyüş şəraitində tətbiq olunub. Həmçinin qeyd olunur ki, raketin tərkibində istifadə edilən elektron komponentlərin əksəriyyəti xarici mənşəlidir – ABŞ, Çin, İsveçrə, Yaponiya, Almaniya, Tayvan və İrlandiya istehsalı hissələrə rast gəlinir.

Əlaqəli Yazılar Xüsusi