ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Cerald Ford” (USS Gerald R. Ford) və “Avraam Linkoln” (USS Abraham Lincoln) aviadaşıyıcıları İrana qarşı əməliyyatda iştirak etdikdən sonra Yaxın Şərqi tərk edib.
Army.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri Əbrahim Əzizi məlumat verib.
Əzizinin sözlərinə görə, ABŞ-a məxsus təxminən 9 min hərbçi Fars körfəzini tərk edib, 14 Amerika bazası məhv edilib, həmçinin 200-dən çox təyyarə və uçuş aparatı sıradan çıxarılıb.
“Avraam Linkoln” bölgəni tərk edib. “Cerald Ford”un isə göyərtəsində yanğın baş verdiyi bəhanəsi ilə geri çəkildiyi bildirilir”, — deyə o vurğulayıb.
İranlı rəsmiyə görə, baş verənlər ABŞ-ın özünü “supergüc” kimi təqdim etməsinin reallıqdan uzaq olduğunu göstərir.
