Ev Hərbi XəbərlərTramp müharibənin “hesabını kəsdi” : Hamı pulunu qaytarmalıdır!

Tramp müharibənin “hesabını kəsdi” : Hamı pulunu qaytarmalıdır!

by Baş Redaktor
65 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla müharibə başa çatdıqdan sonra Vaşinqtonun hərbi dəstək göstərdiyi ölkələrdən çəkilən xərclərin tam ödənilməsini tələb edəcəklərini açıqlayıb.

Army.az xəbər verir ki, Tramp bu barədə “CBS News” telekanalının “60 Minutes” proqramına müsahibəsində danışıb.

ABŞ liderinin sözlərinə görə, Vaşinqtonun müdafiə etdiyi dövlətlər hərbi əməliyyatlar başa çatdıqdan sonra bu prosesə sərf olunan vəsaiti geri qaytarmalıdır:

“Bu proses başa çatdıqdan sonra müdafiə etdiyimiz ölkələr müharibə ilə bağlı çəkdiyimiz bütün xərcləri bizə qaytaracaqlar. Çünki biz olmasaydıq, onlar mövcud olmazdılar”.

banner

O, xüsusilə İsrailin təhlükəsizliyinin təmin olunmasında ABŞ-ın roluna diqqət çəkərək, Vaşinqtonun dəstəyi olmadan bu ölkənin mövcudluğunu qoruyub saxlaya bilməyəcəyini iddia edib:

“Biz olmasaydıq, İsrail mövcud olmazdı. Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı”.

Tramp əlavə edib ki, müvafiq ölkələrə maliyyə tələbi artıq çatdırılıb və ABŞ müharibə xərclərinin bütövlükdə geri ödənilməsində israrlıdır.

Əlaqəli Yazılar Xüsusi