67
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə hava hücumundan müdafiə (HHM) sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 13 pilotsuz uçuş aparatını məhv edib.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, zərbələr Krım , Belqorod, Rostov və Kursk vilayətlərini hədəfə alıb. Dronlar həmçinin Krasnodar diyarı və Azov dənizi üzərində də ələ keçirilib.