Kiyevə son günlər həyata keçirilən intensiv hava hücumları Rusiyanın yeni taktika sınaqdan keçirməsi ehtimalını gündəmə gətirib.
Army.az xəbər verir ki, Ukraynanın “Insider.Ua” nəşri bu hücumların paytaxtı havadan təcrid etməyə yönəlmiş yeni modelin sınağı ola biləcəyini iddia edib.
Məlumata görə, son 24 saat ərzində Kiyevdə hava hücumu xəbərdarlığı 14 dəfə elan olunub və ümumilikdə 13 saatdan artıq davam edib. Rusiya qüvvələri dalğalar şəklində reaktiv PUA-lardan, o cümlədən “Geran” tipli dronlardan istifadə edib.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, hücumlar paytaxtın hava hücumundan müdafiə sistemlərini yükləmək və şəhərin gündəlik həyatını iflic etmək məqsədi daşıya bilər. Reuters də Kiyev və ətrafında ardıcıl dron hücumlarının logistika mərkəzlərinə və müxtəlif infrastruktura ciddi ziyan vurduğunu yazır.
“Insider.Ua” hesab edir ki, tətbiq edilən sxem nəticə verərsə, Kiyevə qarşı bu cür “hava blokadası” xarakterli hücumlar qarşıdakı aylarda da təkrarlana bilər.
