Ev Hərbi Xəbərlər“Əks halda məhv olarıq” – Netanyahu İrandan danışdı

“Əks halda məhv olarıq” – Netanyahu İrandan danışdı

by Baş Redaktor
127 Baxış

İsrail Baş naziri Benyamin Netanyahu İranın nüvə silahına sahib olmasının ölkəsi üçün ciddi təhlükə yaradacağını bildirib.

Army.az xəbər verir ki, Netanyahu İranın nüvə proqramı ilə bağlı çıxışında Tehranı nüvə silahı əldə etməyə imkan verməməyin İsrail üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, İranın nüvə bombasına sahib olması İsrail dövlətinin və yəhudi xalqının gələcəyi üçün təhlükə yarada bilər.

“Əvvəllər də demişəm ki, nüvə bombaları İranın əlinə keçsə, bu, İsrail dövlətinin, yəhudi xalqının sonu olacaq. Əgər qırmızı, yaşıl, mavi işıq yanıbsa, işığın hansı rəngdə olması mənim üçün fərq etmir. Mənim üçün fərq etmir”, – deyə Netanyahu bildirib.

banner

İsrail hökumətinin başçısı əlavə edib ki, mümkün təhlükənin qarşısının alınması üçün vaxtında hərəkət etmək lazımdır.

“Biz bunu etməliyik, əks halda məhv olacağıq, burada olmayacağıq”, – deyə Netanyahu vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi