İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin Hörmüz boğazı ilə bağlı açıqlamalarına cavab verib.
Army.az xəbər verir ki, bu barədə Qalibaf sosial media hesabında yazıb.
O bildirib ki, İranın neft ixracına maneə yaradılacağı təqdirdə regiondakı digər ölkələrin də neft satışının təhlükəsizliyi təmin olunmayacaq:
“Bizim neft satmadığımız bölgədə kimsə neft sata bilməz. Təhlükəsizliyimiz təmin edilməsə, heç bir infrastruktur təhlükəsiz olmayacaq. Boğazın təhlükəsizliyi isə yalnız Amerika qüvvələrinin orada olmaması halında mümkündür”.
İran parlamentinin spikeri əlavə edib ki, Tehran dəfələrlə Hörmüz boğazında vəziyyətin müharibədən əvvəlki səviyyəyə qayıtmayacağını açıqlayıb.
