“Hücum etmək istəsələr, biz güclənməyə çatdırmayacağıq, heç nə etməyə vaxtımız olmayacaq”.
Army.az xəbər verir ki, bunu Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
Simonyan İştirakçılardan birinin “Hökumətimiz qarşısına güclənmək məqsədi qoymalıdır. Türklər güclü olduğumuzu görsələr, bizə hücum etməzlər” fikrinə belə cavab verib:
“Biz elə bir orduya sahib olmalıyıq ki, Ermənistana hücum etmək qarşı tərəf üçün o qədər ağrılı olsun ki, buna ehtiyac qalmasın. Daha dərinə getsək, düşünürəm ki, müharibə etmək üçün heç bir səbəb olmamalıdır”.
