Ev Hərbi XəbərlərReuters: Putin avqustda müharibəni daha da genişləndirə bilər

Reuters: Putin avqustda müharibəni daha da genişləndirə bilər

by Baş Redaktor
42 Baxış

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinə baxmayaraq, Ukraynada hərbi əməliyyatları daha da genişləndirə biləcəyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kremlə yaxın olduğu bildirilən üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Putin hazırkı mərhələdə Kiyevlə sülh danışıqlarına başlamaq niyyətində deyil. Mənbələr bildirirlər ki, Ukraynanın son vaxtlar Rusiyanın neft emalı zavodları və limanlarına pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr Kremlin hərbi kursunu daha da sərtləşdirib.

Agentliyin həmsöhbətlərindən ikisi mümkün eskalasiyanın artıq avqust ayında başlaya biləcəyini iddia edib.

banner

Əlaqəli Yazılar Xüsusi