Ev Dünya“Qəzzadan çıxmayacağıq” – Netanyahu şərtləri açıqladı

“Qəzzadan çıxmayacağıq” – Netanyahu şərtləri açıqladı

by Baş Redaktor
145 Baxış

İsrail Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağından geri çəkilməsi ilə bağlı mövqeyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Netanyahu bildirib ki, HƏMAS tamamilə sıradan çıxarılmayana və Qəzza zolağının silahsızlaşdırılması başa çatmayana qədər İsrail ordusunun bölgədən çıxarılması nəzərdə tutulmur:

“Qəzza zolağından çıxmayacağıq. HƏMAS məhv edilməyənə və bütün Qəzza silahsızlaşdırılmayana qədər bölgənin bərpası mümkün olmayacaq”.

banner

O, eyni zamanda İsrailin təhlükəsizliyinə təhdid hesab etdiyi qüvvələrə qarşı hərbi əməliyyat keçirmək imkanını qoruyacağını vurğulayıb:

“Lazım gələrsə, zəruri hesab etdiyimiz qüvvələrə hücum etmək azadlığını qoruyub saxlayacağıq. Bu, bizim təhlükəsizliyimizdir. Bu, bizim varlığımızdır. Təhlükəsizlik hər şeydən üstündür. Mənim İslamı məhv etmək niyyətim yoxdur”.

Əlaqəli Yazılar Xüsusi