ABŞ Prezidenti Donald Trampın administrasiyası onlarla ölkəyə qarşı yeni idxal rüsumlarının tətbiqini bu həftə elan edə bilər.
Army.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Bildirilib ki, yeni tariflərin ABŞ-ın qüvvədə olan 10 faizlik müvəqqəti qlobal rüsumunun müddətinin başa çatmasından əvvəl açıqlanması gözlənilir.
Nəşr bildirir ki, yeni gömrük tariflərinin əksəriyyətinin təxminən 10 faiz səviyyəsində qalacağı ehtimal olunur. Bununla yanaşı, Ağ Ev daha yüksək rüsumların tətbiqinə hüquqi əsas yarada biləcək araşdırmalar da aparır.
