Ev Hərbi XəbərlərMakronun planı: Yunanıstan “Mirage”ləri Ukraynaya verəcək?

Makronun planı: Yunanıstan “Mirage”ləri Ukraynaya verəcək?

by Baş Redaktor
33 Baxış

Fransa ilə Yunanıstan arasında Afinanın Kiyevə “Mirage” tipli döyüş təyyarələri təqdim etməsi məsələsi ətrafında danışıqlar aparılır.

Army.az xəbər verir ki, bu barədə “Les Echos” nəşri məlumat yayıb.

Bildirilir ki, müzakirələr çərçivəsində Yunanıstanın Ukraynaya təxminən 10 ədəd “Mirage 2000-5” qırıcısı verməsi variantı nəzərdən keçirilir. Əvəzində isə Yunanıstan Hərbi Hava Qüvvələrinin daha müasir “Rafale” təyyarələri ilə gücləndirilməsi planlaşdırılır.

Qeyd olunur ki, təşəbbüs Fransa Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənir və onun 24-25 aprel tarixlərində Afinaya səfəri zamanı bu məsələ Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə müzakirə olunacaq.

banner

Əlaqəli Yazılar Xüsusi