“Project Quadriga” proqramı çərçivəsində Almaniya üçün istehsal olunan ilk “Eurofighter Typhoon Tranche 4” çoxməqsədli döyüş təyyarəsi ilk uçuş sınağını uğurla başa vurub.
Army.az xəbər verir ki, bu barədə “Airbus Defence and Space” şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasına əsasən, Bavariyanın Mançinq şəhərində yığılan qırıcının 2026-cı il ərzində Almaniya Hərbi Hava Qüvvələrinin istismarına verilməsi nəzərdə tutulur.Xatırladılıb ki, Almaniya hökuməti 2020-ci ilin noyabr ayında “Project Quadriga” proqramı çərçivəsində ümumilikdə 38 ədəd “Eurofighter Typhoon Tranche 4” təyyarəsinin alınmasına dair sifariş verib.