İranın dəstəklədiyi Yəmən husiləri Səudiyyə Ərəbistanına qarşı yeni hücum dalğasına başlayıb. Paralel olaraq qruplaşma Qırmızı dənizin sahilində, Yəmənin qərb hissəsində mövqelərini gücləndirir.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Husilər bazar ertəsi Səudiyyə Ərəbistanının cənubunda yerləşən Xamis-Muşayt şəhərindəki hərbi aviabazaya onlarla raket və pilotsuz uçuş aparatı ilə zərbə endirdiklərini açıqlayıblar. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın məlumatına görə, hücumlar nəticəsində 13 mülki şəxs yaralanıb.
Bundan sonra Xamis-Muşaytla yanaşı, ölkənin daha üç cənub şəhərində fövqəladə vəziyyət elan edilib.
Yəmənli rəsmilərdən biri husilərin hazırda ciddi təzyiq altında olduğunu, buna cavab olaraq isə Səudiyyə Ərəbistanına qarşı raket və PUA hücumlarını daha da intensivləşdirdiklərini bildirib.
