Ev Hərbi XəbərlərTayvan yerli raket istehsalını genişləndirir

Tayvan yerli raket istehsalını genişləndirir

by Baş Redaktor
62 Baxış

ABŞ müdafiə sənayesində müşahidə olunan təchizat çətinlikləri və sifarişlərin icrasında yaranan gecikmələr Tayvanı yerli raket istehsalını sürətləndirməyə sövq edib.

Army.az xəbər verir ki, “Nikkei Asia”nın yaydığı məlumata görə, Taypey möhkəmləndirilmiş hədəflərə qarşı istifadə üçün nəzərdə tutulan uzaqmənzilli “Hsiung Sheng” qanadlı raketlərinin seriyalı istehsal həcmini artırır.

Nəşr bildirir ki, ABŞ müdafiə sənayesində qlobal sifarişlərin çoxalması və silah tədarükü ilə bağlı risklərin yüksəlməsi Tayvan rəhbərliyini milli müdafiə proqramlarına daha çox diqqət ayırmağa vadar edib.

Bu yanaşma daha əvvəl qəbul edilmiş asimmetrik müdafiə üzrə xüsusi büdcə çərçivəsində yerli layihələrə ayrılan maliyyə vəsaitinin strateji əhəmiyyətini də ön plana çıxarıb

banner

Əlaqəli Yazılar Xüsusi